"Liverpool"un yarımmüdafiəçisi İngiltərədə "İlin futbolçusu" seçilib

"Liverpool"un yarımmüdafiəçisi Adam Lallana İngiltərədə 2016-cı ilin futbolçusu seçilib. Olimpsport.az xəbər verir ki, 28 yaşlı futbolçu Ceymi Vardi (12%) və Ueyn Runini (8%) qabaqlayaraq 39% səslə birinci olub.

Mükafatlandırma mərasimindən sonra yarımmüdafiəçi fikirlərini bölüşüb: "Bu mükafat mənim üçün böyük şərəfdir. Runi (2014, 2015), Stiven Cerrardın (2012) bu mükafata sahib çıxması onun necə dəyərli olduğunu göstərir. Bu mövsüm klubumun işləri qaydasında gedir. Klubda yaxşı oynayırsansa, bunu milli komandaya da gətirə bilərsən. Yüksək səviyyəli oyunumu qarşıdakı mövsümlərdə də davam etdirmək istəyirəm. 2017-ci ildə Qari Sautqeytin rəhbərliyi altında millinin inkişafına ümid edirəm".

Qeyd edək ki, ötən ilin ən yaxşı gənc futbolçusu mükafatına "Southampton"un və İngiltərənin U-21 yığmasının üzvü Natan Redmonda təqdim olunub.