Rəhman Hacıyevin sarı vərəqəsi ləğv edilib

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Olimpsport.az xəbər verir ki, yığıncaqda Premyer Liqanın XV turunun oyunlarında baş verən qayda pozuntuları müzakirə olunub.

 “Qarabağ” – “Neftçi” oyunun 20-ci dəqiqəsində “Neftçi” azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimələnib.


Görüşün 67-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Rəhman Hacıyevə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə  hakim tərəfindən epizodu düzgün qiymətləndirilmədiyi səbəbindən ləğv edilib. 


Qarşılaşma bitdikdən sonra müəyyənləşib ki, “Neftçi” azarkeşləri tərəfindən stadionun 9 oturacağı sındırılıb və yararsız vəziyyətə düşüb. Dəymiş zərərə uyğun olaraq “Qarabağ”ın təqdim edəcəyi məbləğ bakılılar tərəfindən ödənilməlidi.


Bundan başqa, “Qəbələ” – “Sumqayıt” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan qonaqlar 800 manat cərimə olunub.