“Real Saraqosa”nın futbolçusu "Neftçi"də
“Neftçi” qış transfer dönəmində sonuncu transferini həyata keçirib. Olimpsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi hücum xəttinə daha bir oyunçu cəlb edib.
Belə ki, Uqo Barqasdan sonra ispaniyalı Daniel Seqoviya da bakılılarla anlaşıb. 31 yaşlı forvard yeni komandası ilə ilyarım müddətinə müqavilə bağlayıb. O, "Neftçi”də 12 nömrəli formanı geyinəcək.
Sonuncu klubu “Sankt-Pyolten”də (Avstriya) 66 oyunda meydana çıxmış futbolçu 29 qola imza atıb. 31 yaşlı hücumçu bunadək isə İspaniyanın “Rayo Valyekano”, “Fuenlabrada”, “Alxesiras”, “Real Saraqosa” B, “Atletiko Pinto”, “Konkense”, “Atletiko Baleares”, Fransanın “Olimpik Marsel” B, Avstriyanın “Admira Vakker” və “Volfsberger” klublarında çıxış edib.