Aqolli də “Qarabağ”a qoşuldu

Albaniya millisi ilə Fransada keçirilən AVRO-2016-nın final mərhələsində çıxış edən Ansi Aqolli dünən axşam saatlarında "Qarabağ"ın Avstriyada davam edən təlim-məşq toplanışına qatılıb.

Olimpsport.az saytının məlumatına görə, Aqolli bu gündən etibarən məşqlərdə iştirak edəcək.

Qeyd edək ki, Aqolli "Avro-2016"-da Albaniya millisi ilə 3 oyunda (2 oyunda kapitan kimi) meydanda olub. Onun komandası 1/8 finala vəsiqə qazana bilməyib.

Aqolli Azərbaycan çempionatları tarixində belə mötəbər turnirdə iştirak edən ilk futbolçu olub.


qarabagh.com