“Neftçi” və “Sumqayıt” son transferlərini sifariş edib
“Neftçi” və “Sumqayıt” son transferlərini sifariş edib. Olimpsport.az xəbər verir ki, bakılılar hücumçu Uqo Barqasın, “gənclik şəhəri” təmsilçisi isə Ehtiram Şahverdiyevin adını PFL-ə təqdim edib.
Bu isə o deməkdi ki, fransalı forvard növbəti turda “Neftçi”nin “Qəbələ” ilə, gənc yarımmüdafiəçi isə “Sumqayıt”ın “İnter”lə oyununda məşqçilər korpusunun ixtiyarında olacaq. Barqas yeni komandasında 9, Şahverdiyev isə 77 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, “Qəbələ” – “Neftçi” görüşü sabah, “Sumqayıt” – “İnter” qarşılaşması isə fevralın 4-də keçiriləcək.