“Daçiya”nın hücumçusu: “Əsas məqsədimiz Bakıda qol buraxmamaqdır”

“Döyüşkən əhval-ruhiyyədəyik. Bütün komanda başa düşür ki, bizi vacib oyun gözləyir. Biz bu görüşə uzun müddətdir ki hazırlaşırıq”.

Olimpsport.az saytının məlumatına görə, bu sözləri “Daçiya”nın hücumçusu İqor Buqayev deyib.

Bakıya gəlməmişdən öncə “Daçiya”nın debütantı jurnalistlərin suallarını cavablandırıb. Sabah Bakıda “Kəpəz”lə qarşılaşacaq “Daçiya”nın forvardı səfər matçında qol buraxmaq istəmədiklərini vurğulayıb: “Sabah istənilən sərfəli hesab məni qane edir. “Kəpəz” haqda geniş məlumata malik deyilik. Düzdür, rəqibin oyununa baxmışıq, müzakirələr aparmışıq. Amma hər şeyə meydanda aydınlıq gələcək. Əsas məqsədimiz qol buraxmamaq, eləcə də qol vurmağa çalışmaqdır”.  

Buqayev qarşıdakı görüşlə bağlı proqnoz verməyib: “Proqnoz verməyi xoşlamıram. Onu deyə bilərəm ki, uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik, bütün gücümüzü meydanda qoyacağıq. İyulun 7-də cavab oyunu olacaq. Qələbə qazanmağa çalışacağıq”.