Qış fasiləsindən sonra klubsuz qalan tanınmış futbolçular
Qış transfer dönəmində Avropanın bəzi komandaları heyətlərinə əl gəzdirmək imkanı qazanıblar. Olimpsport.az Apasport.az saytına istinadən xəbər verir ki, böyük klublardan gözlənilən şok transferlər gerçəkləşməyib.
Halbuki ötən ilin sonunda klubu ilə yollarını ayırıb işsiz qalan tanınmış futbolçular da mövcuddu. Azərbaycan millisinin sabiq hücumçusu Vaqif Cavadov “Sumqayıt”dan ayrıldıqdan sonra necə özünə klub axtarırsa, onun ulduz həmkarları da eyni vəziyyətlə üzləşiblər. Hətta bəziləri cari mövsümün əvvəlindən işsizdilər.
Doğrudu, klubsuz qalan oyunçuların əksəriyyəti artıq veteran hesab edilir. Ancaq onlar öz dövrlərinin ən güclülərindən hesab edilirlər. Hazırda peşəkar futbolla məşğul olmayan həmin oyunçular azad agent statusuna malik olduqlarından, istənilən vaxt hansısa kluba keçə bilərlər.
Qış fasiləsindən sonra klubsuz qalan tanınmış futbolçuları təqdim edirik.
Robbi Kin (İrlandiya)
Yaşı: 37
Son klubu: “Los Anceles Qalaksi”
Dimitar Berbatov (Bolqarıstan)
Yaşı: 36
Son klubu: PAOK
Eduardo da Silva (Xorvatiya)
Yaşı: 34
Son klubu: “Şaxtyor” (Donetsk)
Didye Droqba (Fil Dişi Sahili)
Yaşı: 39
Son klubu: “Montreal İmpakt”
Kevin Kuranyi (Almaniya)
Yaşı: 35
Son klubu: “Hoffenhaym”
Ronaldinyo (Braziliya)
Yaşı: 37
Son klubu: “Fluminense”
Kevin Konstant (Qvineya)
Yaşı: 30
Son klubu: “Bolonya”
Maykl Essyen (Qana)
Yaşı: 35
Son klubu: “Panatinaikos”
Maruan Şamax (Mərakeş)
Yaşı: 33
Son klubu: “Kardiff”
Martin Kaseres (Uruqvay)
Yaşı: 30
Son klubu: “Yuventus”
Kiran Riçardson (İngiltərə)
Yaşı: 33
Son klubu: “Kardiff”
Coy Obrayn (İrlandiya)
Yaşı: 31
Son klubu: “Vest Hem”
Royston Drente (Hollandiya)
Yaşı: 30
Son klubu: “Baniyas”
Karlton Koul (İngiltərə)
Yaşı: 34
Son klubu: “Sakramento”