“İnanın mənə, kimisə öldürə bilərəm” - Konte

“Çelsi”nin baş məşqçisi Antonio Konte maraqlı açıqlaması ilə diqqət çəkib. Olimpsport.az xəbər verir ki, Britaniya mətbuatına danışan çalışdırıcı “zadəganlar”ın hücumçusu Dieqo Kosta ilə münasibətindən bəhs edib.

 

Kostanın Çinə köçmək istəməsi italiyalı mütəxəssisi özündən çıxarmışdı. Həmin vaxt Konte ilə yetirməsi arasında narazılıq yaranmışdı.

 

Bununla bağlı danışan Konte hazırda Kosta ilə münasibətinin yaxşılaşdığını bildirib: “Dieqo ilə mümkün qədər açıq danışdım. Ona səsimin tonunu yüksəltdim. Nəticədə Kosta hər şeyi başa düşdü. İndi isə münasibətimiz idealdı. İnanın mənə, işlərin yolunda getmədiyini görəndə kimisə öldürə də bilərəm”.

 

Qeyd edək ki, Antonio Kontenin çalışdırdığı “Çelsi” Premyer Liqada ilk pillədə qərarlaşıb.