"Neftçi"nin futbolçusu "İnter"lə oyunu buraxa bilər

Premyer Liqanın XVII turunda “İnter”in qonağı olacaq “Neftçi” matça itkilərlə çıxacaq. Olimpsport.az saytının məlumatına görə, cəzalı duruma düşən Ruslan Abışovla yanaşı, Cavid İmamverdiyev də bu görüşü buraxacaq.

 

Buna səbəb 27 yaşlı yarımmüdafiəçinin zədələnməsidi. “Qəbələ” ilə səfər matçında əzələsi dartılan İmamverdiyev oyunu sona qədər davam etdirə bilməmiş, fasilədə əvəzlənmişdi.

 

Tibbi müayinədən keçdikdən sonra Cavidin “İnter”lə oyunu buraxmaq ehtimalının böyük olduğu üzə çıxıb. İmamverdiyevin XVIII turda “Sumqayıt”la qarşılaşmada da iştirakı sual altındadı.

 

Qeyd edək ki, fevralın 9-da keçiriləcək “İnter” – “Neftçi” oyunu saat 17:30-da start götürəcək.

mənbə:apasport.az