“Qalatasaray”ın yeni baş məşqçisinin adına aydınlıq gəlib
“Qalatasaray”ın yeni baş məşqçisinin adına aydınlıq gəlib. Olimpsport.az yerli mətbuata istinadən xəbər verir ki, “sarı-qırmızılılar”ı xorvatiyalı İqor Tudor çalışdıracaq.
Yan Olde Riekerinklə yollarını ayıran İstanbul nəhəngi “Karabükspor”un çalışdırıcısı ilə anlaşıb. Tərəflər il yarımlıq müqavilənin imzalanmasını razılaşdırıblar. Keçidin bu gün rəsmən bəyan edilməsi gözlənilir.
Qeyd edək ki, İqor Tudor ötən il “Karabükspor”un “sükanı arxası”na keçmişdi.