Millimiz Rusiya klubunu darmadağın etdi

Rusiyanın Rostov şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.
 
Olimpsport.az saytının məlumatına görə, Rostov OİK-nin U-19 komandası ilə qarşılaşan yığmamız 5:0 hesabı ilə qələbə qazanıb. Qolları Kamran Quliyev, Xəqani Sadıxov, Fərid Mahmudov, Timur Babayev və Ərşad Xankişyev vurub.
 
Qeyd edək ki, “Rostov” klubunun yetirməsi olan Timur Babayev komandaya yeni qoşulub.