"Bir az bəxtimiz gətirsəydi, üç xal qazanmış olacaqdıq” - Dmitri Nazarov
“Ayntraxt”la qarşılaşmada qələbə də qazana bilərdik. Bir az bəxtimiz gətirsəydi, üç xal qazanmış olacaqdıq”. Olimpsport.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov deyib.
Almaniyanın “Aue” klubunda çıxış edən yarımmüdafiəçi II Bundesliqanın “Ayntraxt”la Braunşveyqdəki matçında (1:1) komandasının bərabərlik qoluna imza atıb. Nazarov liderlərdən biri ilə oyundakı uğurun davamını gətirəcəklərini bildirib: “Oyunun ilk yarısında yatmışdıq. Bu üzdən qol da vura bilmədik. Yalnız fasilədən sonra yaxşı oyun nümayiş etdirə bildik. Amma bu hələ ilk addımdı. İndi Drezden “Dinamo”su ilə evdə görüşəcəyik. Hücum futbolu nümayiş etdirib, 3 xal qazanmalıyıq”.
Qeyd edək ki, 21 oyunda 18 xala malik “Aur” 18 komanda arasında sonuncu pillədə qərarlaşıb.
mənbə:Apasport.az