"Qarabağ" növbəti yoxlama oyununa çıxır.
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" hazırlıqlarını davam etdirir.
Olimpsport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Qurban Qurbanov "Vakker İnsbruk"la yoxlama matçından sonra futbolçulara istirahət verib.
Bir günlük fasilənin ardından komanda ötən günü 2 məşqlə keçirib. Futbolçularımız günün ilk çalışmasını fitnes zalında keçirib. Axşam hazırlığı isə meydançada baş tutub və 1 saat 45 dəqiqə davam edib.
Xatırladaq ki "Qarabağ" bu gün Rusiyanın "Zenit" klubu ilə yoxlama oyunu keçirəcək. Görüş Bakı vaxtı ilə saat 20:00da start götürəcək.