Təyyarə qəzasında ayağını itirən futbolçu idmana qayıdır

Təyyarə qəzasında ayağını itirən “Şapekoense” klubunun qapıçısı Cekson Folman idmandan ayrı qalmaq istəmir. Olimpsport.az “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, ayağı amputasiya edilən “sambaçı” Paralimpiya yarışlarına qoşulmaq arzusundadı.

 

Folman Paralimpiya Oyunlarında iştirak etməyi qətiləşdirib. Çərçivə qoruyucusu tezliklə normal həyatını bərpa etmək və yaxın müddətdə evlənmək istədiyini bildirib.

 

Qeyd edək ki, təyyarə qəzasından sonra protezdən istifadə edən Folman fizioterapevt nəzarəti altında müalicə alır.