Cütün taleyinə Kişinyovda aydınlıq gələcək.

Avropa Liqasının I təsnifat mərhələsində sabah "Kəpəz"lə qarşılaşacaq "Daçiya"nın baş məşqçisi Oleq Bejenar matçın keçiriləcəyi "Dalğa Arena"da mətbuat konfransı keçirib.

Olimpsport.az xəbər verir ki, Moldova təmsilçisinin çalışdırıcısı jurnalistlərin suallarını cavablandırıb.

- "Kəpəz" haqda nə məlumatlar əldə etmisiniz?

- Bir-iki oyununa baxmışam. Fiziki cəhətdən yaxşıdırlar və hücum futbolu oynayan komandadır. Amma yenə də dəqiq heç nə deyə bilmərəm.

- "Kəpəz"in hansı oyunlarını izləmisiniz?
- Ancaq çempionatda keçirdikləri bir-iki oyunu izləmişəm. Biz "Kəpəz"in oyunu izləməsək də, klub nümayəndələrimiz Gəncə təmsilçisininin yoldaşlıq oyunlarını izləyib. "Kəpəz" güclü rəqibdir.

- Sabah heç-heçə sizi qane edəcək?
- Biz rəqibdən asılı olmayaraq həmişə qələbə üçün oynayırıq.

- Vaxtı ilə Vadim Borets və Sovinov Azərbaycanda çıxış ediblər. Onlardan "Kəpəz" haqda soruşmusunuz?
- Başqa adamdan soruşmuşam. Amma adını deməyəcəm. Sirrdir.

- Daha çox qafqazlılara oxşayırsınız? Qohumluğunuz yoxdur?
- Xeyr. Yarı bolqaram.

- Şəhərimizi bəyəndiniz?
- Bəli. Çox gözəldir. Azərbaycan inkişaf edir.

- Oyunun taleyini Bakıda yoxsa Kişinyovda həll etmək istəyirsiz?
- Cütün taleyinə Kişinyovda aydınlıq gələcək.
-
Heyəti müəyyənləşdirmisiz?
- Bəli. Amma deyə bilmərəm.

- "Kəpəz"dən çəkindiyiniz üçün?
- Xeyr. Biz rəqibdən qorxmuruq. "Kəpəz" "Daçiya"dan çəkinsin!