Luis Enrike "Barselona"dan ayrılacaq
İspaniyanın "Barselona" klubunun baş məşqçisi Luis Enrike mövsümün sonunda komandadan ayrılacağını bildirib.
Olimpsport.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi "Twitter" səhifəsində məlumat yerləşdirilib. "Kluba mənə etimad göstərdiyi üçün təşəkkür etmək istəyirəm. Bu üç il unudulmaz idi", - deyə 46 yaşlı mütəxəssis bildirib.
Enrike komandaya 2014-cü ildə baş məşqçi təyin olunub. Klub onun rəhbərliyi altında iki ölkə çempionatı və bir ölkə kubokunun qalibi olub. Kataloniyalılar, həmçinin İspaniya Superkuboku, Çempionlar Liqası, UEFA Superkuboku və Dünya klub çempionatının qalibi olublar.