SOCAR “Fənərbaxça” klubuna sponsor olur?
Əziz Yıldırım prezidenti olduğu “Fənərbaxça” klubuna sponsor axtarır. Olimpsport.az fotospor.com saytına istinadən xəbər verir ki, o, SOCAR-ın komandaya sponsor olmasına çalışır.
Belə ki, gələn mövsümün heyətini qurmaq üçün sponsor axtaran Yıldırım “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimova müraciət edib. Xəbərdə “Fənər” rəhbərinin azərbaycanlı iş adamı ilə bir müddətdi sponsor məsələsi ilə bağlı görüşdüyü vurğulanıb. Yıldırım məhz Mənsimovun köməyi ilə onun işbirliyi gördüyü SOCAR-ı kluba sponsor gətirmək niyyətindədi.
“Palmali” Şirkətlər Qrupunun İstanbul ofisindən apasport.az saytına verilən məlumata görə, Türkiyə mediasında yayılan xəbər əsassızdı.
Qeyd edək ki, “Fənərbaxça” büdcə baxımından hazırda UEFA-da riskli klublar siyahısında yer alır.