Kimin favorit olduğunu deməkdə çətinlik çəkirəm".
"Çox ağır olacaq. Bizi çətin oyun gözləyir. Avrokuboklarda zəif rəqib olmur".
Olimpsport.az xəbər verir ki, bu fikirləri Avropa Liqasının I təsnifat mərhələsində "Kəpəz"lə qarşılaşacaq "Daçiya"nın kapitanı Simeon Bulqaru səsləndirib.
Təcrübəli futbolçu "Kəpəz"in zəif rəqib olmadığını deyib: "Bir çoxları deyir ki, "Kəpəz" zəif rəqibdir. Amma fikrimcə, belə deyil. Onlar yaxşı komandadır. Adlarını bilmirəm. Amma "Kəpəz"in dayaq yarımmüdafiəçilərini çox bəyənirəm. Kimin favorit olduğunu deməkdə çətinlik çəkirəm".