"Topaz" təmsilçimizə inanır.
“Topaz” bu gün keçiriləcək oyunların əmsalını açıqlayıb.
Olimpsport.az saytının məlumatına görə, mərc oyunları operatoru Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində baş tutacaq “Kəpəz” – “Daçiya” (Moldova) pul qoyuluşu qəbul edəcək.
“Topaz” Gəncə təmsilçisini şanslı sayır. Şahin Diniyevin yetirmələrinin qələbə qazanması 2,15 əmsalla qiymətləndirildiyi halda, qonaqların qalib gəlməsinə 2,90 əmsal verilib. Qarşılaşmada heç-heçə isə 2,90 əmsaldı.
Qeyd edək ki, “Dalğa Arena”da təşkil olunacaq görüş saat 20:00-da başlayacaq.