Əfsanələrin futbolu

“Futbolun əfsanələr”i. Bu adda sonsuz sayda məqalə oxuyub, filmə baxıb və öz aramızda mübahisə etdiyimiz çox olub. Amma bu gün sizə futbolun əfsanələri haqqında yox, əfsanələrin futbolu haqqında məlumat vermək istəyirik.

Sizdən biri soruşsa ki, bir futbol klubu üçün ən dəyərli şeylər nədir? Cavablarınızı təxmin etmək elə də çətin deyil. Ən dəyərli üçlük bunlardır.

  1. Klubun adı

  2. Klubun emblemi

  3. Klubun ləqəbi

Bəzi klublar isə bu üçlüyü seçərkən mifologiyaya müracitə ediblər. Bu yazımızda isə siz oxuculara əsatirlərə müraciət edən klublar haqqında maraqlı məlumatlar vermək niyyətdəyik.

"Seriya A"nın qadın döyüşçüsü

"Seriya A" və qadın dedikdə ağıla ilk öncə “Yuventus”un gəlməsi təbii haldı. Səbəb isə turinlilərin ləqəblərindən biri və ən məşhuru “Qoca sinyora”dır. Lakın biz sizə “Atalanta” klubu haqqında məlumat vermək istəyirik.

İtaliya futbolunda çempionluq yaşamış böyük klubları ifadə edən “Yeddi bacı” qrupuna aid olmayan, lakin bu ada hamıdan çox layiq olan bir klub var: “Atalanta”

Klubun loqosunda saçları sovrularkən təsvir edilmiş qadın, yunan mifologiyasında qadın döyüşçü kimi qeyd Atalantadır. Klubun adının haradan gəldiyinə də cavab tapdıq. Bəs Atalanta kim idi ?

Əfsanəyə görə, oğul sahibi olmaq istəyən “Baş Allah” Zevs, qızının olduğunu öyrəndiyində onu acından ölməsi üçün bir dağın zirvəsində tək qoyub. Fəqət dağda ayılar tərəfindən bəslənən və böyüdülən qız, eynən onlar kimi vəhşi və ovçu bir xarektərə sahib olur. Daha sonra məşhur bir ovçu kimi hər yana şöhrəti yayılan Atalantanı “Ovçuluq Allahı” Artemida öz himayəsinə götürür.

Ölümü gülümsəyərək qarşılayan qəhrəman

“Ayaks”ın emblemini görənlərin ən çox düşündüyü məsələ “Bu day-day kimdi?” sualıdır. Emblemdə təsvir olunan yaşlı və yoğrun döyüşçü, Troya döyüşünün qəhrəmanlarından biri olan Telemonun oğlu Ayaksdır. Döyüşlərin birində Odisseye məğlub olan Ayaks intihar etməyi düşünür.

Ayaksın intihar səhnəsi bir çox antik yunan əsərlərinin mövzusu olmuşdur. Ölülər Diyarında ondan üzr istəyən Odisseye kinayəli gülüşü tarixə “Ayaks gülüşü” olaraq düşüb.

“Liverpul”un Liverbördu

 

“Liverpul”un emblemində yer alan quşun qarabatdaq olduğu deyilsə də, bu əslində Liverpul şəhərinin əfsanəvi quşu Liverbörddür. Bəs Liverpul şəhərinin rəmzi halına gələn bu quşun hekəyəsi nədir?

1207-ci ildə Kral Con Liverpul şəhərində bir bina inşa etdirmişdi. Qeyd olunan binanın ən uc nöqtəsində krala aid olan möhürə təsvir olunmuş qartalın maketi qoyulmuşdu. Bir neçə rəvayətə görə məhz, ilk Liverbörd elə bu qartal olub. 1644-cü ildə isə şəhər dağıdılır. Dağıntı zamanı qartal həmin binadan yoxa çıxır. Onun yerinə qoyulan maket isə heç də əvvəlki qartala bənzəmir. Bundan sonra yarısı qartal, yarısı qarabatdaq olan quşu liverpullular Liverbörd adlandırdılar. Liverpullular inanır ki, Liverbörd bir gün şəhəri tərk etsə, şəhər dağılacaq.

Bir canavar, iki qardaş və yeddi təpəli şəhər

“Roma”nın embleminə diqqətlə baxsaq canavar və iki körpə görəcəyik. Bu əziklərin dişi canavarın südü ilə bəslənər və böyüyərlər. Əziklərin adı ilə Rom və Remul. Əfsanəyə görə bu qardaşlar öz şəhərlərini inşa etməyə başlayarlar. Lakin, Remulun tikdiyi divar Romun xoşuna gəlmədiyi üçün öz qardaşını öldürür. Tikdikləri şəhərin tək sahibi olur. Sonralar bu şəhər Romun şərəfinə Roma adlanır. Bu şəhərin ən köklü klubu da həmin əfsanənin və şəhərin rəmzini öz emblemində daşıyır.

Ən çox istifadə olunun mifik rəmz

Qüvvəsi tükənməyən bu mifoloji obrazın doğum yeri bizim eradan əvvəl 2000-ci ildə Mesopotamiya olduğu iddia edilir. Bu bir çox klubun embiləmində rast gəldiyimiz ikibaşlı qartaldır. Türkiyədə - “Konyaspor” və “Ərzurumspor”, Yunanstanda – “AEK” və “PAOK”, Hollandiyada –“Vites” və “Nigmegen”, İngiltərədə - “Uimbildon” və İsveçrədə isə “ St. Conston” klublarının emblemlərində ikibaşlı qartalın təsvirinə rast gəlmək olar. İkibaşlı qartal bu gün tək futbol klublarının rəmiz olmaqla yanaşı, bir neçə dövlətin də simvolu halına gəlmişdir. Bunlara nümunə olaraq Rusiya imperiyası, İran, Serbiya, Hollandiya, Albaniya və Monteneqronu misal göstərmək olar.

Adını mifik qəhərəmanlardan alan digər klublar isə İspaniyada – “Herakl”, Hollandiyada isə “Sparta Roterdam” (Spartalı) və “Herakles Almelo” və Kiprdə “Apollon”u qeyd edə bilərik.

Əcəmi Əsədullayev yeniavaz.com