"Lion"-"Beşiktaş" oyununda terror qorxusu
Avroliqanın 1/4 final mərhələsində qarşılaşan "Lion"-"Beşiktaş" oyununda azarkeşlər arasında düşən dava səbəbindən oyunun başlama vaxtı gecikir. Hətta azarkeşlər terror qorxusu səbəbindən kütləvi şəkildə meydançaya qaçıblar.
Son məlumatlara görə fransız azarkeşləri stadionda türk azarkeşlərin çoxluğundan təşvişə düşüb və buna etiraz ediblər. Yaşanan skandal səbəbi ilə yerli azarkeşlər təhlükəsizlik qorxusundan meydançaya qaçıblar. Deyilənə görə İstanbul təmsilçisinin azarkeşləri 20 000 bilet əldə ediblər ki, bu da qonaq komanda üçün normadan artıq hesab olunur. Ona görə də fransızlar buna etiraz edirlər.
Qeyd edək ki, "Beşiktaş" azarkeşləri dünyada ən yaxşı azarkeşlər sırasında yer alırlar.