"Yuventus" və "Monako" da 1/2 finalda

Avropa Çempionlar Liqasının 1/4 final mərhələsində  qalan iki oyun baş tutub. "Barselona" öz meydanında "Yuventus" klubu ilə 0:0 hesabı ilə bərabərə qalıb. İlk oyun 0:3 hesabı ilə qonaqların xeyrinə olduğundan İtaliya təmsilçisi yarımfinala vəsiqə qazanıb.  Digər yarımfinalçı Fransada keçirilən "Monako"-"Borusiya Dortmund" oyununda müəyyənləşib. Ev sahibi 3:1 hesabI ilə qalib gəlib və növbəti mərhələyə vəsiqə qazanıb. İlk oyun "Monako"nun 3:2-lik qələbəsi ilə başa çatıb. 

1/2 finalın iştirakçıları:

"Real Madrid"

"Atletika Madrid"

"Yuventus"

"Monako"