"Beşiktaş" ın duaları qəbul olmadı

Avroliqanın 1/4 final mərhələsinin cavab oyunları keçirilib.  Azərbaycanlı azarkeşlərin də böyük maraqla izlədiyi qardaş  ölkə Türkiyənin təmsilçisi "Beşiktaş" Fransanın "Lion" klubunu qəbul edib. Oyun çox gərgin idman mübarizəsində keçib. Tərəflər açıq futbol nümayiş etdiribər.  Oyunun əsas vaxtı 2:1 hesabı ilə "qara qartal"ın xeyrinə başa çatıb.  İlk oyunda da eyni hesab fransızların aktivinə yazıldığından qalibi müəyyən etmək üçün əlavə 30-dəqiqə oynanılıb. Beləliklə 120-dəqiqənin tamamında hesab dəyişməyib və qalibin adına penaltilər seriyasında aydınlıq gəlib. "Vodafone Arena" ya toplaşmış azarkeşlər "Ya Allah! Bismillah! Allahu Əkbər! sədaları və müxtəlif dualarla sevimli komandalarına dəstək olmağa çalışdılar. Futbolçuların da bəzisi həyacandan xilas olmaq və qalib gəlmək üçün Allaha dualar edirdilər. Haşiyə çıxıb bildirmək istəyirik ki, biz də bir müsəlman olaraq həyatda üzləşdiyimiz çətinliklərdə Allahdan kömək istəyirik. Ama bu bir idman mübarizəsidir,burda güclülər qalib olur. Doğrudur, Allah hər şeyə qadirdir. Ama elə biz müsəlmanların inancına görə bu dünyada Allah müsəlman və ya qeyri müsəlman olmaqla daha çox əziyyət çəkənə, qələbəni əməldə çox istəyənə, ustalıq və hazırlıq  səviyyəsi çox olana  verir. Hər dua ilə qələbə əldə olunsaydı, onda gərək heçkim məsuliyyətlə məşq etməmiş əlini açıb Allahdan asan qələbə istəyərdi. Hər halda qardaş ölkə azarkeşləri belə şərəfli şüarlar səsləndirməklə bir müsəlman türk  ölkəsi olaraq  dünyaya birlik mesajı verdi. Beləliklə həyacanlı dəqiqələr penalti seriyasında davam edib. Hər komandanın payına 8-penalti düşüb. Qonaqlar 8-penaltinin 7-sini qola çevirib və 6:7 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.  

Oyun başa çatdıqdan sonra İstanbul təmsilçisinə  azarkeşlər tərəfindən yenə böyük dəstək nümayiş etdirilib.  Həqiqətən də "Beşiktaş" bura qədər gəlibsə, yaxşı nəticə hesab oluna bilər.  Nəzərə alaq ki, Şenol Günəşin komandasında itkilər səbəbindən oyunda nominal tək hücumçu Ceng Tosun olub. Hər halda gözəl oyuna görə  "Beşiktaş"a və Şenol Günəş bəyə Təşəkkür etmək olar. Yəqin ki, bundan sonra qara qartallar diqqətini çempionat oyunlarına yönəldəcək.

Avroliqanın  1/2 finalçıları:

"Selta" (İspaniya)

"Mançester Yunayted "(İngiltərə)

"Ayaks" (Hollandiya)

"Lion" (Fransa)