Bu haqda mətbuatdan oxudum.
"Sumqayıt" və millimizin forvardı Amil Yunanov adının serb klubu ilə yenidən hallanmasından və ölkə xaricinə mümkün gedişimndən söz açıb.
Olimpsport.az saytı xəbər verir ki Yunanov məsələ ilə bağlı bunları deyib."Serb klubunun məni istəməsilə bağlı məlumatsızam. Elə bu haqda mətbuatdan oxudum. Bir-iki nəfər də zəng elədi ki, soruşdu bu cür variantvar? Mən də dedim ki, özümə heç kim heç nə deməyib. Bunun düzgün olub-olmamasını bilmirəm.
Bu çıxan xəbərlər məni "Sumqayıt"dakı işimdən soyuda bilməz. Boş şeylərdi də, niyə soyuyum ki, bir xəbərə görə? Ortada heç nə yoxdu, lap olsun, bu da normal haldı. Ancaq mən bütün fikrimi "Sumqayıt"dakı çıxışıma, məşqlərimə yönəltmişəm. Komandaya kömək etmək istəyirəm".
Mənbə: Sportinfo.az