"Olimpsport" jurnalı məşhur türk futbolçusuna mükafat təsis edib
Bugün Türkiyə millisinin, "Fənərbaxça ","Barselona " və "Beşiktaş" kimi nəhəng klubların şərəfini qorumuş Rüştü Rəcbərin doğum günüdür. 1973-cü ildə Türkiyənin Antalya şəhərində anadan olmuş, məşhur qapıçı peşəkar karyerasına "Budurgücü" klubunda başlayıb. Doğma şəhərində karyerasını "Antalyaspor"da davam etdirən gənc qapıçı daha çox "Fənərbaxça" nın heyətində məşhurlaşdı. Rüştü Türkiyə ilə bərabər türk dünyasının da sevimlisi olub. Dünya çempionatının bürünc medal sahibi olmuş Rüştü Rəcbər dünya futbolunun ən yaxşı qapıçılar sırasında özünə məxsus yer tutub. Təcrübəli qapıçının uğurları artdıqca bizi də qardaş ölkə olaraq çox sevindirib. Elə bu səbəbdən də "Olimpsport" jurnalı tərəfindən Rüştü Rəcbər "Tarixin ən yaxşı türk qapıçısı" adına layiq görülüb.
Xatırladaq ki,bu günlərdə Rüştü Rəcbərin mükafatı jurnalın əməkdaşları tərəfindən İstanbulda özünə təqdim ediləcək.