Ansi Aqolli : " sizin yığmanızın ən güclü azarkeşlərindən biri mən olacam."
“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli “Qafqazinfo”ya müsahibə verib. Olimpsport.az həmin müsahibəni təqdim edir.
- Avropa Çempionatı sizin üçün başa çatdı. Fransada hansı hisslərlə qayıtdız?
- Biz arzularımızı həyata keçirdik. Fransaya getmək bizim üçün xəyal idi. Bütün emosiyalarımız üzə çıxmışdı. Orada mükəmməl təcrübə topladıq. Amma biz məsuliyyəti dərk edirdik. Çünki dünyada yaşayan 10 milyondan çox albaniyalının gözü bu milli komandada idi. Sadəcə bütün gücümüzü meydanda qoyduq.
- Çıxışınızdan razı qaldınız?
- Növbəti mərhələyə vəsiqə qazana bilmədik. Son oyundan qalib gəlsək də, 1/8 finala keçmədik. Amma oyun olaraq biz əla idik. Biz mümkünsüz olanı edib qrup final mərhələsinə yollandıq. Əgər şans bir az üzümüzə gülsəydi, İsveçrə ilə matçda 1 xal qazanmalı idik. Amma bu futboldur. Bu bizim üçün yeni yarış təcrübəsi idi. Fikrimcə, bütün albanlar milli komandadan razıdırlar. Bizim azarkeşlərimiz də Fransada böyük mədəniyyət göstərdilər. Bizə də əla dəstək oldular.
- Avropa Çempionatının gedişində Türkiyə millisinin uğur qazanacağına inandığınızı bildirmişdiniz. Amma onlar da turniri erkən tərk etdilər...
- Fikrimcə, Türkiyənin də bəxti gətirmədi. Onların son oyununa baxdım. Çexiyaya qarşı əla oynadılar. Amma son qrup oyunlarında hər şey bəlli oldu.
- Azərbaycanlı azarkeşlər sizə görə Albaniya millisini dəstəkləyirdi...
- Bunu bilirəm. Mənə çoxlu sayda mesajlar gəlirdi. Hamı məni və komandamı dəstəklədiyini deyirdi. Onlara cavab yaza bilmirdim. Çünki oyunlara köklənməli idim. İndi burdan hər birinə ayrılıqda təşəkkür edirəm. Onlar çox dəstək verdilər. Ümid edirəm ki, bir gün Azərbaycan yığma komandası da Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanar. İnanın ki, o zaman sizin yığmanızın ən güclü azarkeşlərindən biri mən olacam.
- Bilirsiz ki, Azərbaycan Premyer Liqasında çıxış edib Avropa Çempionatının final mərhələsinə qatılan ilk futbolçu kimi tarixə düşdüz?
- Buna sevinirəm.
- Artıq “Qarabağ”ın təlim-məşq toplanışına qoşulmusuz. Hazırlıq necə gedir?
- Komandaya təzə qoşulmuşam. Hər şey qaydasındadır.
- Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Lüksemburqun “Düdelanj” klubuna rəqib olmusuz...
- Bu komanda haqqında demək olar ki, heç nə bilmirəm.
- Amma hamı sizi favorit sayır...
- Müasir futbolda favorit yoxdur. Bunu unudun.
- Püşkün nəticəsi sizi razı saldı?
- Fikrimcə, bu bizim qismətimiz imiş. Hazırda bu matça köklənmək və hazırlaşmaq lazımdır. İlk oyunda sərfəli nəticə vacibdir.