“Beşiktaş"ı çempionluqdan 3 xal ayırır
2017.05.23 10:01
Dünən Türkiyə Super Liqasında XXXII tura start verilib.
“Olimpsport.az”ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə matçında “Qalatasaray” “Osmanlıspor”u qəbul edib. “Sarı-qırmızılar” bürünc medallara şanslarını davam etdirmək üçün güclü rəqibini xalsız yola salıb - 2:0.
Yüksək dəstəni tərk etməmək uğrunda da gərgin mübarizə gedir. "Rizəspor"la "Qaziantepspor"un qarşılaşması "qara dənizlilər"in qələbəsi, qazianteplilərin isə aşağı dəstəyə yuvarlanması ilə nəticələnib.
Çempionluq mübarizəsinin lideri “Beşiktaş” şənbə günü meydana çıxıb. “Qartallar” “Kasımpaşa”nı darmadağın edib.
İstanbul təmsilçisinin ən yaxın izləyicisi “Başakşəhər” isə bazar günü “Trabzonspor” səfərində heç-heçə edərək çempionluq şansını çətinə salıb. Növbəti həftə "Beşiktaş" qələbə qazansa digər oyunların nəticəsindən asılı olmayaraq çempionluğunu elan edəcək.
Üçüncü sırada qərarlaşmış və “Qalatasaray”dan sadəcə iki xal öndə olan “Fənərbaxça” isə həftənin bazar ertəsi oynayıb. İstanbullular çətin “Gənclərbirliyi” səfərini 3 xalla başa vurub.