Azərbaycan döyüşçüsü dünya çempionu olub-VİDEO

20-21 may tarixində Rusiyanın Kislovodsk şəhərində MMA üzrə dünya çempionatı keçirilib. Kişilərin mübarizəsində ölkəmizi təmsil edən Ehtiram Dərişov (57 kq) keçirdiyi hər üç görüşdə qələbə qazanaraq dünya çempionu adını qazanıb. Qızıl kəmərin sahibi olan  döyüşçümüz finalda yerli idmançı, rusiyalı İrisxan Makayevə qalib gəlib. 

Xatırladaq ki, Ehtiram Dərişov "Neftçi" İdman Klubunda əməkdar məşqçi Dülgər Əsgərovun rəhbərliyi altında döyüş sirlərini öyrənir.