Azərbaycan əsilli futbolçu "Qarabağ" çox xoşuma gəldi.
"Məğlub olduq, təssüratlarım çox deyil. Oyunda hərəkətlilik pis deyil. İkinci hissədə topa yaxşı nəzarət etdik. Ancaq qol vurmaq alınmadı. Növbəti oyunda qol vuraram".
Olimpsport.az-ın məlumatına görə, bu sözləri "Zenit"in Azərbaycan əsilli futbolçusu Ramil Şeydayev "Qarabağ"a uduzduqları yoxlama oyunundan (0:1) sonra klubun televiziyasına açıqlamasında deyib.
- Azərbaycan klubu ilə oyun sənin üçün nə əhəmiyyət kəsb edirdi?
- Əlbəttə, maraq kəsb edirdi. Bu komandanın necə oynadığını görmək istəyirdim. "Qarabağ" çox xoşuma gəldi. Topa yaxşı nəzarət edirdilər və onların heyətində fərdi olaraq güclü futbolçular var.
- Azərbaycan çempionu bu il də Çempionlar Liqasında oynayacaq...
- Bəli, onlar hər zaman avrokuboklarda oynayırlar. Ötən mövsüm də onların Avropa Liqasındakı bəzi oyunlarını izlədim.