"Beşiktaş" 3-cü ulduzuna qovuşdu
Türkiyə Super Liqasının 2016/17 mövsümünün çempionu adına aydınlıq gəlib. "Olimpsport.az" xəbər verir ki, bu adın sahibi İstanbulun "Beşiktaş" klubudur. Şenol Günəşin rəhbərliyi altında "Qara Qartallar" çempionluğuna 33-cü turda səfərdə qarşılaşdığı autsayder "Qazeəntepspor" klubu üzərində 0:4 hesabı ilə qazandığı oyunda qovuşub. Sona I tur qalsa da, 74 xalla ən yaxın izləyicisindən 4 xal irəlidə olduğundan "Beşiktaş" vaxtından əvvəl çempion olub. Beləliklə, "Qara Qartallar" həm də növbəti mövsümdə ÇL-də birbaşa qrup mərhələsindən mübarizəyə qoşulacaq.
Qeyd edək ki, "Beşiktaş" tarixi ərzində 15-ci dəfə çempion olmaqla həm də 3-cü ulduzu da qazanıb.