Türkiyə Kuboku "Konyaspor" un oldu

Futbol üzrə 2016/17 mövsümünün  Türkiyə Kuboku uğrunda final oyunu keçirilib. Əskişəhərdə keçirilən final görüşündə İstanbulun "Başakşəhərspor" və Konyanın "Konyaspor" klubları qarşılaşıb. Görüşün əsas hissəsi bərabərə (0:0) qaldığından qalibi müəyyən etmək üçün oyuna iki 15 dəqiqəlik hissə əlavə olunub və hesab yenə açılmayıb. Beləliklə, kubokun sahibi penaltilər seriyasında müəyyən edilib və "Konyaspor" rəqibini 4:1 hesabı ilə məğlub edərək, tarixində ən böyük titulu olan 55-ci Türkiyə kubokunu qazanıb. Konyalı azarkeşlər qələbə sevincini stadionun meydanında qeyd ediblər.

Xatırladaq ki, "Konyaspor" klubu Avroliqa turnirində birbaşa qrup mərhələsindən mübarizəyə qoşulacaq.