“Klubların futbolçulara verdiyi maaşlara yüksək hədd tətbiq olunmalıdı” – UEFA prezidenti
“Varlı klublar daha da zənginləşir və onlarla digərləri arasında uçurum böyüyür. Bu da məni narahat edir”. Olimpsport.az saytının məlumatına görə, bu sözləri UEFA prezidenti Aleksander Çeferin deyib.
Böyük klublarla “mühariəbə”yə hazırlaşan sloveniyalı futbolçu maaşlarına yüksək hədd qoyulması üçün mübarizə aparacaqlarını açıqlayıb: “Klublar onlara lazım olandan artıq futbolçu alır. Sonra bu oyunçular heç yerdə oynamır. Klubların futbolçulara verdiyi maaşlara yüksək hədd tətbiq olunmalıdı. Onda komandalar kimə pul xərclədiklərinə diqqət edəcək, daha yaxşı təhlildən sonra futbolçu götürəcəklər. Bu da ciddi döyüş olacaq. Həmin klublar böyük təsirə malikdi. Amma biz qalib gəlsək, tarixi dəyişikliklər olacaq”. (Apasport.az)