"Zirə" portuqaliyalı ilə müqavilə imzaladı.

Premyer Liqada 2-ci mövsümünə hazırlaşan “Zirə” məşqlərlə yanaşı, transfer çalışmalarını da davam etdirir.

Olimpsport.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi  daha bir futbolçunu heyətinə cəlb edib.

Portuqaliyalı Migel Lorenzo ilə müqavilə imzalanıb. Futbolçu Setubalın “Vitoriya” klubundan bir illik icarə əsasında “qartallar”ın sırasına qoşulub. Bununla yanaşı, “Zirə” növbəti mövsümün sonunda Migeli transfer etmək hüququnu özündə saxlayır.

“Vitoriya”nın yetirməsi olan 24 yaşlı müdafiəçi Portuqaliyanın bütün aşağı yaş qruplarından ibarət yığma komandalarında çıxış edib. Migel həmçinin, ölkəsinin U-21 yığmasının da formasını geyinib.