U-19 qızlar Liqasının qalibləri mükafatlandırıldı - FOTO
Bayıl stadionunda AFFA-nın təşkil etdiyi U-19 qızlar Liqasının 2015/2016-cı il mövsümünün qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Olimpsport.az xəbər verir ki, U-19 qızlar Liqasının qalibi “Təhsil” komandası olub. 2-ci yeri “Fidan”, üçüncü pilləni isə “Vətən” komandası tutub. Liqanın ən yaxşı futbolçusu Fəridə Məmmədova (“Vətən”) seçilib, bombardir isə “Fidan” komandasının üzvü Nigar Cəlilli olub. Mükafatları AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev, futbol veteranı Rüstəm Rəhimov, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai və müğənni Samirə Allahverdiyeva təqdim ediblər.