"Kəpəz"in heç-heçəsi Azərbaycanın reytinqini yaxşılaşdırdı

Avropa Liqasının birinci təsnifat məhələsi çərçivəsində baş tutan “Kəpəz” – Daçiya” matçı ilə klublarımız qitəmiqyaslı yarışlara start verdi.

Olimpsport.az xəbər verir ki, matçda qeydə alınan nəticə (0:0) ölkəmizin klub reytinqinin yaxşılaşmasına səbəb olub.

13.500 xalla 24-cü pillədə olan Azərbaycanın əmsalı hazırda 13.625-ə bərabərdi. Bizdən bir pillə irəlidə olan Şotlandiyanın xalı 14.550-di. 13.050 xala malik Kipr isə 54 ölkənin yer aldığı siyahıda 25-cidi.