"Neftçi" Maltada ilk məşqinə çıxdı.

Avropa Liqasının birinci təsnifat mərhələsində "Baltsan” klubu qarşılaşmaq üçün ötən gün Maltaya yollanmış "Neftçi” bu ölkədə ilk məşqinə çıxıb.

Olimpsport.az xəbər verir ki, hazırlıq prosesi Bakı vaxtı ilə saat 20:00-da başlanıb. Qeyd edək ki, iyunun 30-da Paola şəhərindəki "Hibernian” stadionunda baş tutacaq "Baltsan” – "Neftçi” oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək