DGK İSM “Gömrükçü” İK-nın idman dırmanması üzrə açıq birinciliyi və çempionatı keçiriləcək

DGK İSM “Gömrükçü” İK-nın idman dırmanması üzrə açıq
birinciliyi və çempionatı keçiriləcək


Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası, eləcə də
Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü”
İdman Klubunun təşkilatçılığı ilə idman dırmanması üzrə yeniyetmə,
gənclər və böyüklər arasında “Gömrükçü” İdman Klubunun açıq
birinciliyi və çempionatı keçiriləcək. “ClimBaku” Dırmanma
Mərkəzində təşkil ediləcək yarışda avqustun 26-27- də yeniyetmə və
gənclər, sentyabrın 9-10- da isə böyükyaşlı idmançılar mübarizə
aparacaqlar. Yeniyetmə və gənclər çətinlik növündə, böyükyaşlı
idmançılar isə boldrinq və sürət növlərində bacarıqlarını nümayiş
etdirəcəklər. Yarışda “Gömrükçü” İK ilə yanaşı “Qərb Universiteti” İK,
“Qafqaz”İK, “Ekosport” İK, FHN İSK, “Kyanite”İK, “Şəki AMA”İK,
“Salavat” İK (Qusar), “Tornado” İK, “Gilavar” İdman Klubundan
ümumilikdə 70-dək idmançı qüvvəsini sınayacaq. Qeyd edək ki,
“Gömrükçü” İdman Klubunu bu yarışda hər üç yaş qrupu üzrə 24
idmançı təmsil edəcək. Yarışın açılış mərasimi avqustun 26-sı saat
17:00-da “ClimBaku” Dırmanma Mərkəzində keçiriləcək.