Dünya çempionatı: Qadınlar dayandı, Orucov və Heydərov ipponla başladı

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında Azərbaycanın daha 4 cüdoçusu ilk görüşlərini keçirib. 

Kişilərin mübarizəsində hər iki Avropa çempionu 1/32 final görüşlərini qələbə ilə başa vurub. Rüstəm Orucov kosovalı Akil Qyakovanı 1 dəqiqə 59 saniyəyə, Hidayət Heydərov mərakeşli Ahmed əl-Meziatini 1 dəqiqə 39 saniyəyə yenib. Orucov 1/16 finalda fransalı Pyer Dupranı, Heydərov Alexandru Rakunu (Rumıniya) sınağa çəkəcək. 

Qadınların yarışında isə 1/32 finalda Səkinə Zayirova slovakiya Viktoriya Mayorosovaya, İçinxorlo Munxtsedev isə ispaniyalı Xayone Ekuisoayna uduzaraq mübarizəni dayandırıb.(report)