Messidən azyaşlı fanatına jest – VİDEO
DÇ-2018-in seçmə oyunlarında Argentina millisi Uruqvay ilə səfər oyunu keçirəcək.
Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, avtobusdan hotelə daxil olan zaman Argentina millisinin və Barselonanın ulduz oyunçusu Messiyə şəkil çəkdirmək üçün azyaşlı azarkeş yaxınlaşmaq istəsə də, orada olan mühafizəçilər onun qarşısını alır. Bunu görə futbolçu mühafizəçilərdən uşağa icazə verməyi xahiş edir və onunla xatirə şəkli çəkdirir.
Xatırladaq ki, Uruqvay-Argentina qarşılaşması sentyabrın 1-i, Bakı vaxtı ilə saat 03:00-da baş tutacaq.