Serjinyo“Daçiya” bizdən güclü deyil."

"Daçiya" bizdən güclü deyil"
 
"Kəpəz"in yarımmüdafiəçisi Serjinyo "Daçiya" ilə keçirilən (0:0) matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.
 
Olimpsport.az həmin müsahibəni təqdim edir:
 
- “Kəpəz” “Daçiya”dan daha yaxşı oyun sərgilədi...
- Oyun bizim üçün çətin keçdi. Səfərdə daha yaxşı oyun nümayiş etdirməliyik. Qol epizodlarımız çox idi. Çox istəyirik ki, mərhələni adlayan tərəf biz olaq.
 
- Komandada nə çatmırdı ki, epziodları dəyərləndirə bilmirdi?
- Bu haqda nəsə deməkdəçətinlik çəkirəm. Öz üzərimizdə daha çox çalışmalıyıq. Səfər oyunu çox çətin keçəcək.
 
- İkinci hissədə “Kəpəz” zəif oynadı…
- Biz Türkiyədəki təlim-məşq toplanışında yaxşı hazırlıq keçmişdik. “Daçiya” bizdən güclü deyil. Deyərdim ki, bəxtimiz gətirmədi.
 
- Mərhələ şanslarınızı necə dəyərləndirirsən?
- Şanslar bərabərdir. Səfərdə sərfəli nəticə qazanmaq üçün mübarizə aparacağıq. Qol epizodlarını əldən erməməliyik. Əlimizə düşən fürstələrdən yararlanmalıyıq.
 
- “Kəpəz” 16 il idi ki, avrokuboklarda çıxış etmir…
- Əgər biz uzun müddətdən sonra nüfuzlu turnirdə çıxış ediriksə, azarkeşlərimizi sevindirməliyik. Komanda yoldaşlarım deyir ki, “Kəpəz”in oyunlarına azı 14-15 min tamaşaçı gəlir. Əgər oyun Gəncədə keçirilsəydi, azarkeşlər stadionu dolduracaqdı.
 
- Komandada ilk rəsmi oyununu keçirdi…
- Komandaya tam uyğunlaşmamışam. Bunun belə olması normal haldır.