Ruslan Abışov qərarını verdi.

 

Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun yeni komandası müəyyənləşib.

Olimpsport.az xəbər verir ki, ötən mövsümü "Qəbələ"də keçirən müdafiəçi "İnter"lə müqavilə bağlayıb. Abışov paytaxt klubu ilə 1+1 illik anlaşmaya qol çəkib. Millimizin üzvünün "Neftçi"yə keçidi gözlənilsə də, bu transfer alınmayıb. 

Abışov “İnter”də özünə doğma olan 15 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “İnter” yay fasiləsində Slavik Alxasov, Ağabala Ramazanov, Səlahət Ağayev, Pərdis Fərcad-Azad, Samir Zərgərov, Tərlan Quliyev, Adrian Skarlatake, Məmməd Quliyev və Orxan Sadıqlını da transfer edib.