Arda Turan: "Olmayanları danışmaq mənasızdır"
Arda Turan Türkiyə milli komandasının Ukrayna səfərində çəkilən və sosial mediada azarkeşlərin qəzəbinə səbəb olan foto barədə açıqlama verib.
"Barselona"nın futbolçusu şəkilin oyundan əvvəl çəkildiyini bildirib. Belə ki, fotoda ehtiyat oyunçular skamiyasında oturan Burak Yılmaz, Canər Ərkin, Arda Turan və Səlçuk İnanın Ukrayna - Türkiyə oyununda komandalarının məğlub olduğu durumda gülüşdüyü görünür. Azarkeşlərin hiddətinə səbəb olan şəkil barədə Arda Turan bu gün "Bəyaz Tv"yə açıqlama verib. "O şəkili paylaşıb, yalandan olmayanları danışmaq mənasızdır. Həmin şəkil oyundan 2 saat öncə çəkilib" - deyə o bildirib.
Xatırladaq ki, Türkiyə Ukraynaya səfərdə 2 cavabsız qolla uduzub.