“İmarət” və “Qarabağ qisası” azarkeş qrupları birləşdi !

“İmarət” və “Qarabağ qisası” azarkeş qrupları birləşdi !

Olimpsport.az xəbər verir ki dünən Azarkeş qruplarının rəhbərləri arasında baş tutan son görüşmədən sonra bu qərar alınıb.
”Qarabağ” azarkeşlərinin vahid ideologiya ətrafında və idarəetmə altında birləşməsi, komandaya dəstək gücünün artırılması,eləcə də digər azarkeş qruplarına nümunə olması üçün 2 başqa adda fəalliyyət göstərən azarkeş qrupu “İmarət” adı altında birləşib.Bundan sonra “Qarabağ qisası” azarkeş qrupunun üzvüləri də artıq “İmarətçi” adı ilə təmsil olunacaq.İmarət adının tarixi və ideoloji baxımdan daha uğurlu və uyğun olması qərarın verilməsində önəmli rol oynayıb.
“Qisas”çıların hədəfi ilə “İmarət”çilərin hədəf və məqsədləri eyni olduğundan “Qisas” liderləri başqa adda digər azarkeş qrupunun fəaliyyət göstərməsinə lüzum olmadığı qənaətinə gəliblər.
Yarandıqları gündən azarkeşlərin vətənpərvər ruhda tərbiyə olunmasının, işğalın unudulmamasının və geri dönüş üçün təbliğati işlərin aparılmasının onlar üçün prioritet məsələ olduğunu bir daha qeyd edən hər iki qrupun rəhbərləri “Qisas” şüarını ürəklərdə yaşatmaq və əməldə həyata keçirmək üçün əllərindən gələni etməyə davam edəcəklərini bildiriblər.

Xatırladaq ki, “Qarabağ”ımızın ayın 12-də oynayacağı “Dudelanj”la matçdan etibarən birləşmə realizə olunacaq.