Millimiz yenə uduzdu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 2019-cu il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununa çıxacaq.
V qrupda çıxış edən yığma ilk ev oyununda İrlandiyanı sınağa çəkəcək. Qarşılaşma "Dalğa Arena"da keçiriləcək.
İlk oyununda Yaşar Vahabzadənin baş məşqçi olduğu komanda İsrailə 1:3 hesabı ilə uduzub. İrlandiya isə Kosovodan üstün olub - 1:0.
Avropa çempionatı, seçmə mərhələ
V qrup
5 sentyabr
19:00. Azərbaycan - İrlandiya - 1:3
Qollar: Mahir Mədətov, 12 - Rayan Maninq, 9; 36. Riis Qreqo-Koks, 51
Qırmızı vərəqə: Elnur Cəfərov, 53 (Azərbaycan)
Baş hakim: Sandor Sabo
Baş hakimin köməkçiləri: Peter Kobor, Balaj Sert
Dördüncü hakim: Balaj Berke
Bakı. "Dalğa Arena”