Səudiyyə Ərəbistanı milli komandasının hər bir futbolçusuna 1,1 milyon avro mükafat veriləcək
018-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanmış Səudiyyə Ərəbistanı milli komandasının futbolçuları hərəyə 5 milyon rial (1,1 milyon avro) mükafat alacaqlar.
Olimpsport.az saytının verdiyi məlumata görə, ölkənin vəliəhd şahzadəsi Məhəmməd ibn Salman əl-Səudun vəd etdiyi bu mükafat idman nailiyyətləri tarixində rekord olacaq.
Ərəblər ötən gün Yaponiyanı 1:0 hesabı ilə yenərək, B qrupunda 2-ci pillənin sahibi kimi mundiala yüksəliblər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı DÇ-2018-də iştirakı rəsmiləşən 8-ci ölkədir.