Hakim səhvinə görə DÇ matçı yenidən oynanılacaq
Futbol üzrə 2018-ci il dünya çempionatının Afrika zonası üzrə seçmə mərhələsinin CAR - Seneqal qarşılaşması hakim ədalətsizliyi ilə əlaqədar yenidən oynanılacaq.
Görüş 2016-cı ilin noyabrında CAR-ın Polokvan şəhərində keçirilib və meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Baş hakim Cozef Lempti matçın nəticəsinə təsir etdiyi üçün bu ilin martında FİFA-nın qərarı ilə ömürlük diskvalifikasiya edilib. Komandalar ikinci dəfə noyabrda üz-üzə gələcək. Dəqiq tarix sentyabrın 14-də FİFA-nın xüsusi iclasında açıqlanacaq.
Seneqal və CAR D qrupunda Burkina-Faso və Kabo-Verde yığmaları ilə birgə yer alıb. Dörd turdan sonra seneqallılar 3-cü, CAR isə 4-cü pillədə qərarlaşıb. Dünya çempionatında iştirak hüququnu ilk 2 yerin sahibləri əldə edəcəklər.
Qeyd edək ki, "Qarabağ"ın cənubi afrikalı legioneri Dini Ndlovu nəticəsi ləğv olunan oyunda iştirak etməyib.