"Qarabağ"ın rəqibinin oyunu təxirə düşdü

İtaliya A Seriyasında III turun "Sampdoriya" - "Roma" matçı təxirə salınıb.Səbəb təbii fəlakət təhlükəsidir.
 
Oyun sentyabrın 9-da Genuya şəhərindəki "Luici Ferraris" stadionunda keçirilməli idi. Lakin sabah şəhərdə çox güclü yağış gözlənilir. Əlverişsiz hava şəraiti ilə əlaqədar qarşılaşmanın başqa vaxt oynanılması qərara alınıb. Görüşün yeni tarixi hələ bilinmir. 
 
Qeyd edək ki, "Roma" Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda yer alıb. İki komanda sentyabrın 27-də Bakıda, dekabrın 5-də isə İtaliya paytaxtında üz-üzə gələcək.