Giya Tsetsadze "Həmişə qalibiyyət üçün mübarizə apararırıq."
Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsinin ilk oyununda Bakıda "Qəbələ"nin qonağı olacaq Gürcüstan "Samtredia"sının baş məşqçisi Giya Tsetsadze mətbuat konfransı keçirib.
Olimpsport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:
- Hamını salamlayıram. Belə komanda ilə qarşılaşacağımıza görə şadam. Şanslar bərabərdi. Qalanı isə sabahkı oyunda bəlli olacaq.
- Narahat görünürsünüz. Bu, sabahkı oyunla əlaqədar deyil?
- Xeyr, çox sakitəm.
- "Qəbələ"ni lazımınca öyrənə bilmisinizmi? Hansı oyunlarını izləmisiniz?
- Bəli, bir neçə oyunu izləmişik. Analiz etmişik.
- Komandanın zəif nöqtələrini izləmisiniz?
- Bəli, amma deyə bilmərəm.
- Sabahkı oyunda hansı nəticə sizi qane edir?
- Sabahkı oyunda qələbə qazansaq, daha yaxşı olardı. Həmişə qalibiyyət üçün mübarizə apararırıq.