Bəhmən Həsənov: "Düşünürəm ki, bu ada layiqəm"
Azərbaycan Premyer Liqasının XXXI turunda "Rəvan” doğma meydanında AZAL-ı 1-0 hesabı ilə məğlub edib.
Olimpsport.az xəbər verir ki, oyunsonrası mətbuat konfransında "Rəvan”ın baş məşqçisi Bəhmən Həsənov qarşılaşma haqqında fikirlərini bildirib:
"Birinci hissədən oyuna və topa olan nəzərəti üzərimizə götürmüşdük. AZAL-ın bir neçə futbolçusunun olmaması işimizə yaradı. Şadam ki, qapımız önündə təhlükəli anlar yaşamadıq. Qarşımıza qoyduğumuz məqsəd 3 xalı qazanmaq idi. Futbolçular qarşıya qoyulan məqsədi yerinə yetirdilər. Bu bizim üçün önəmli 3 xal idi. Növbəti oyunlara qələbə qazanmaq üçün. ”
Mütəxəssis komandasının turnir cədvəlinin son pilləsindən qurtulmaq şansları barədə danışıb: "Rəvan”a gələndə komandanın son pillədən qurtulacağı barədə söz vermişdim. Bundan daha artığını edə bilərdik. Mövsümün ortasında bir neçə fubolçumuzun komandadan ayrılması işimizə çox təsir etdi. "Xəzər Lənkəran”la aramızda xal fərqini yox etmişik. Qarşıdakı oyunlarda önə keçməyə çalışacağıq.”
Bəhmən Həsənov əməkdar məşqçi alması ilə bağlı yayılan xəbərlər barədə da danışıb:

"Düzdü, mən əməkdar məşqçiliyə sənədlərimi vermişəm. Düşünürəm ki, bu ada layiqəm. Çünki uzun müddət uşaq futbolunda çalışmışam, milli komandamıza bir neçə futbolçu vermişəm. Əgər bu adı alacağamsa, rəsmən açıqlayacam.Tural Axundov Şəhriyar Əliyev və bir neçə futbolçu yetişdirmişəm. Əgər mən almayacamsa kim alsın?”
Mənbə: Sportal.az