Hər şey ikinci matçda həll olunacaq.
"Kəpəz"in qolkiperi Tadas Simaitis Sportinfo.az saytının əməkdaşının suallarını cavablandırıb:
Olimpsport.az həmin müsahibəni təqdim edir.
Matçla bağlı nə deyəcəksən?
- Normal oyun getdi. Birinci hissədə biz daha yaxşı oynadıq, nəinki "Daçiya". Özü də qol vurmaq üçün imkanlarımız var idi. Ancaq heyf ki, onlardan yaralana bilmədik. Bu isə çox pisdi. İkinci yarı isə yarıbayarı keçdi. Həm "Daçiya", həm də biz yaxşı oynadıq. Onların da, bizim də qol şanslarımız var idi.
Minimum işiniz nə idi?
- 0:0 hesabı bizim üçün minimum idi. 0:0 deyəndə ki, bizim minimum istəyimiz qol buraxmamaq idi. Ancaq biz qalib də gələ bilərdik. Çox heyf ki, düşən imkanlardan yararlana bilmədik.
Ancaq oyunun sonları da göstərdi ki, "Kəpəz" oyuna 100 faiz hazır deyil. Oyunçular sona yaxın yorulmuşdu..
- Xeyr, mən deməzdim ki, hazır deyilik. Fiziki olaraq oyuna 100 faiz tam hazır idik. Sadəcə taktiki cəhətdən bir az hazır deyildik. Çünki bu bizim yeni oyunçularla ilk rəsmi oyunumuz idi. Belə də hesab da normal idi, oyun da. Fiziki cəhətdən normal durumdayıq.
Oyunun ədalətli nəticəsi "Kəpəz"in qələbəsi idi?
- Bəli, mən cə də belə idi. Çox sayda qol imkanımız var idi. Heyf ki, vura bilmədik.
Səfərmatçı öncəsi qeydə alınan nəticəni sizin uğurlu saymaq olar?
- Hələ ki, heç nə bitməyib və hər şey ikinci matçda həll olunacaq. Biz indi gərək səfər matçında qol vuraq. Qol vurandan sonra bizə qollu heç-heçələr də yetərlidi. Təbii ki, 0:0 da yaxşı nəticədi.
"Daçiya"nın prezidenti Adlan Şişxanov "Kəpəz" hardasa ciddi yanaşmır və qalib gələcəklərini bildirirdi. Bu cür açıqlamalar sizi ikiqat motivasiya edirdimi?
- (gülür) Təbii ki, rəqib tərəfdən bu cür açıqlamalar bizim üçün motivasiya sayıla bilər. Ancaq hər halda prezident bu cür deyirsə, bu yaxşı hal deyil. İlk oyunda meydanda hansı komandanın daha güclü olduğunu gördü. "Kəpəz"in yoxsa "Daçiya"nın güclü olduğunu hamı gördü.
Avrokuboklarda indiyə kimi oynamamışdın deyəsən. Hər hansı həyəcan var idi?
- 20 yaşım olanda "Şaulyay" komandasının heyətində avrokuboklarda çıxış etmişəm. Həmin vaxtı ikinci qapıçı idim. Meydana buraxılmamışdım. Ona görə də ilk dəfə "Kəpəz"in heyətində avrokuboklarda matça çıxdım.